Yaşlılıq nədir və necə başlayır?


Digərləri 17 İyn 2019 22:40:00 257 0

Yaşlılıq nədir və necə başlayır?

Son.az bilge.az-a istinadən "New Yorker" yazarı Stiven Petrovun "Mən "qocayammı?"" essesini təqdim edir:

Bir neçə il əvvəl həmkarlarımla bir məclisdə olarkən, mən ağsaçlı xeyriyyəçi David Rubenşteynin həyatımızın son səhifələrinə daxil olarkən "cəld davranmaqla" bağlı söhbətinə qulaq asırdım. Cəld davranmaq? Həmyaşıdlarımdan bir çoxu artıq dayanıblar, dayanmayıblarsa da, naftalin iyi verirlər.

Ağlımda onun bu öyüdünü saxlamışdım, bir müddət əvvəl indi 69 yaşı olan cənab Rubenşteynlə daha bir söhbətim oldu, ondan özünü həqiqətən yaşlı hiss edib-etmədiyini soruşdum. "69 mənə yeniyetməlik kimi görünür", - deyə o cavab verdi. Təsadüfən ondan iki gün əvvəl də cərrahiyə əməliyyatları arasındakı bir vaxtda kömək etdiyim 68 yaşlı tanış şairə isə mənə belə demişdi: "Mən indi qoca qarıyam".

Necə olur, 68 yaşlı biri özünü qoca hiss etdiyi halda, o birisi etmir? Ümumiyyətlə, "qocalıq" nədir?

61 yaşa daxil olandan bu sual beynimdə fırlanır, yəqin, 50+ yaşı olan 70 milyon uşaq törəyənlərin də (bu "baby boomer"lərin əksəriyyəti "orta yaşlı", "yaşlı" hesab edilsə də) ağlını məşğul edir. İndi biz elə bir dövrdə yaşayırıq ki, nahar vaxtı əsasən necə cavan qalmaq və ya ən azından qocalığı necə təxirə salınmaq kimi mövzularla keçir.

Əlbəttə, uzunömürlülük artdıqca, "qocalığın" tərifi də dəyişir. "İndi 60 yaşlarındakı bir kimsə orta-yaşlıdır", - yaşlanma ilə əlaqədar araşdırmalar aparan Sergey Şerbov deyir. Yaşlılıq nə zaman başlayır? Mən ondan soruşdum.

Dr. Şerbov amerikalı kişilər üçün bunun 70-71, qadınlar üçünsə 73-74 yaş olduğunu deyir, hərçənd onun belə yazdığı da məlumdur: "sənin həqiqi yaşın yaşadığın rəqəmlər deyil".

O söhbət zamanı mənə belə dedi: "Layihənin ana ideyası budur ki, yaşlılığın sərhəddi müəyyənləşdirilə bilməz, bu, insanın xarakterindən asılıdır". Burada təxmin edilən ömür, fərdi sağlamlıq, koqnitiv funksiya və əlillik dərəcəsi kimi faktorların hamısı rol oynayır, Şerbov deyir, bugünkü 65 yaşlı şəxs 45 il əvvəlin 55 yaşlı adamına bənzəyir.

Gözəllik kimi, "yaşlılığın" da mənası soruşulan adamdan asılıdır. 20-30 yaşlarında olan millenniallar (yetkinliyə 21-ci əsrdə çatanlar) yaşlılığın 59 yaşda başladığını deyirdilər, amma 2017-ci ildə ABŞ "Trust. Gen Xers" təşkilatının apardığı araşdırma zamanı məlum olmuşdu ki, indi 40 yaşlarına qədəm qoyan bu şəxslər 50 yaşların yaxın olduğunu gördükdən sonra, 65 yaşın qocalığın başlanğıcı olduğunu deməyə başlayıblar. Uşaq törəyənlər və Ən Böyük Nəsil ("Greatest Generation" - ABŞ-da böyük depressiyanı görənlər) 73 yaşın qocalıq yaşı olduğunu deyirlər. Təbii olaraq, məsələ kimdən "yaşlılığı" müəyyən etməyi soruşmaqdan asılıdır.

Bu məqamda 50+ yaşlarında olan dostlarımın yaşlılığı necə tərif etdikləri mənə maraqlı gəldi - "Facebook"da onlardan bu barədə soruşdum. Çoxsaylı cavabların içərisində ikisi məni daha çox güldürdü: "Mənim indiki yaşım+4=yaşlılıq". Və bu: "Sabah. Həmişə sabah. Bu gün heç vaxt". Böyük ehtimalla, eşitmək üçün ən ağırı bu idi: "Xanım əvəzinə, ağbirçək kimi çağırılmağa başlayanda". (Bu heç vaxt mənim başıma gəlməyəcək, baxmayaraq ki, bugünlərdə məni daim "ağsaqqal" deyə çağırırlar.)

Bəzi dostlar müxtəlif fiziki xüsusiyyətləri əsas nişanələr kimi göstərdilər. Həmkarım belə yazdı: "25 kilometr qaça bilməmək qocalıqdır". Bir başqası belə dedi: "Tennisi dayandırmağa məcbur olduğum vaxt". Digərləri koqnitiv müqayisəni əsas götürdülər: "Yeni məlumatlar və təcrübələrlə maraqlanmamağa başlamaq, qocalıq əlamətidir". Bir çoxları "yaddaş problemlərini" yaşlılığın başlanğıcı kimi gördülər.