Dünyada soyuq texnologiya müharibəsi


Digərləri 17 İyn 2019 21:50:00 306 0

Dünyada soyuq texnologiya müharibəsi

"Huawei"ə qoyulan qadağa əslində, ABŞ və Çin arasındakı uzunömürlü münaqişənin başlanğıcıdır

2019-cu ilin mayında "Google", "Huawei", "Apple" və Tramp kimi oyunçuların iştirakı ilə qlobal ssenari işə düşdü.

Bu, nəinki ticarət müharibəsinin sonudur, əksinə ABŞ-la Çin arasında texnologiya və iqtisadiyyat uğrunda hakimiyyətə canatma döyüşünün başlanğıcıdır.

ABŞ-ın Kommersiya Departamenti "Huawei Technologies"i ABŞ-la ticarət məsələlərində qara siyahıya saldı, bundan sonra Yaponiyanın "Panasonik" və "Toshiba", həmçinin Britaniyanın çipdüzəldən "ARM" şirkəti də daxil olmaqla, dünya miqyasındakı bir çox şirkətlər bu qərara qoşularaq Çinin dəstəklədiyi şəbəkə nəhənginin daha da sıxışdırılmasına səbəb oldular. İndi onlar Pekinin cavab tədbirləri kimi risklərlə üz-üzədirlər.

Çin "Huawei"ə görə cavab tədbirləri görəcəkmi?

Çin necə cavab verəcək? Sadəcə indi deyil, üzümüzə gələn onilliklərdə də. ABŞ əslində odla oyun oynayır.

Səbəb də budur ki, Çin demokratiya və ya insan hüquqları kimi qaydalarla oynamır, o, tamamilə başqa nizama əsaslanan bir rejimdir. Biz indi Yeni Çim İmperiyasının yüksəlişindən danışırıq.

Qlobal texnologiya sənayesi "Huawei"ə qoyulan tarif və yığım qadağalarından tutmuş, ABŞ-la Çin arasında getdikcə qızışan soyuq müharibənin ortasına düşüb. Bu proses ticarət və ticarət defisitləri ilə əlaqədar olduğu qədər, Çinin intellektual mülkiyyət oğurluğu ilə də əlaqədardır.

Çin tezliklə Birləşmiş Ştatlarla rəqabət apara biləcək texnologiya şirkətləri arsenalına sahibdir. "Huawei"özünün mobil operator sistemlərini yaradır, bu, "Google" və "Apple"ın internetdəki mobil sistemlər üzərindəki monopoliyası ilə eyni şeydir.

"Huawei" hələlik pis günlərini yaşasa da, bu, Çini daha da yaxşı strategiyalar və daha çox böyümək üçün adaptasiya etməyə təşviq edəcək. Çində doğrudan da dövlətin dəstəklədiyi və möhtəşəm özəlliklər yaratmağa bacarığı çatan "Alibaba", "Tencent", "Xiaomi", "China Mobile", "ByteDance", "Meituan", "JD.com" və saysız-hesabsız şirkətlər var.

Soyuq Texnologiya Müharibəsi 2019-cu ildə başladı

Mən bir futurist kimi hiss edirəm ki, bu qadağa sadəcə ABŞ və Çin arasındakı ticarət mübahisəsində vurulmuş axırıncı zərbə olmaqla kifayətlənməyəcək. Bu, daha çox dünyaya hökmranlıq etmək uğrunda aqressiv taktikalardan istifadə ediləcək soyuq texnologiya müharibəsinin başlanğıcıdır. Mən inanıram ki, 2019 bütün bunların başlanğıcıdır.

Səhv etməyək, ABŞ bu yolla Çinin qarşısında sədd qoymağa çalışır, çünki Çin maneələri getdikcə aşaraq, 21-ci əsrin iqtisadi supergücü və texnologiya nəhəngi olmaq yolunda irəliləyir.

"Huawei"n B Planı olan əməliyyat sistemi o deməkdir ki, "Huawei" "Apple" və "Google"a qarşı rəqabət aparmaqda iddialıdır. Bu, həm də Çinin dəstəklədiyi sevimli şirkəti barədə uzunmüddətli niyyətlərinin olması deməkdir. "Huawei" inanılmaz sürətlə böyüyür və belə görünür, Çin Dövlətindən gələn maliyyə ilə daha da böyüyəcək. "Huawei"in öz baxçasında yetişən "OS" texnologiyası ilə bağlı çox az şey məlumdur, amma deyilənə görə, daxildə "Huawei" onu "Proyekt Z" adlandırır.

Həqiqət budur ki, "Huawei"in aylar boyunca ABŞ-ın qara siyahısında "nəfəs almaq" üçün ehtiyatı var. Almaniya, B.B. və digər ölkələr özlərinin gələcəkdəki 5G provayderi kimi "Huawei"i qadağan etməyiblər. Bir çox ölkələr bu mübahisədə bacardıqları qədər neytral qalmaq məcburiyyətindədirlər, çünki bu daha böyük partnyorların güc oyunudur. Çin 2020 və 2030-cu illərdə innovasiyalarda və startaplar sahəsində Silikon Vadisinə badalaq gəlmək üçün ciddi təhdiddir.

"Huawei" sağ qala biləcəkmi?

Keçən həftə qadağan elan olunan kimi, bütün dünyadakı texnologiya şirkətləri "Huawei" ilə əlaqələrini kəsdilər. Bu böyük ehtimalla Çini qəzəbləndirəcək və onlara milyonlarla dollara başa gələcək. Qadağanın əmələ gətirdiyi nəhəng dalğalanma bütün dünyada milyonlarla insana təsir edəcək, amma həm də Çinin dünyanın geri qalanını adil vasitələrlə, yaxud cərimələrlə necə "hack"layacağı ilə bağlı uzunmüddətli həyəcanlara da səbəb olacaq. Çünki Çinin dördüncü sənaye inqilabında post-modern dünyanın lideri kimi Amerikanı əvəzləmək üçün agendası var.

"Business Insider"də yaşanan bu hadisələrlə bağlı çoxsaylı məqalələr yayımlanıb. ABŞ-ın Dövlət Katibi Mayk Pompeo "Huawei Technologies"in CEO-sunun Pekin hökuməti ilə əlaqələri var deyəndən sonra, Çin hökuməti onu şayiələr yaymaqda ittiham edib. Mənim zənnimcə isə, "Huawei" batmayacaq, əksinə daha da inkişaf edəcək.

Düşünürəm ki, Çinin ABŞ-ın Çindəki şirkətlərinə qarşı cavab tədbirləri görməsi ehtimalı azdır. Tramp mahiyyət etibarilə Çin kimi rejimlərə qarşı sərt üzünü göstərməyə çalışır. Bu, mafiya babasını dron hücumuyla edam etməyə bənzəyir. Amma nəsə tamamilə köndələn gedə bilər. Xüsusilə "Apple" Çində çox kövrək vəziyyətdədir, bu, fond birjasının düşüşünə səbəb ola bilər. Yeri gəlmişkən, aprel ayında Çinin texnologiya şirkətləri ABŞ-ın fond birjası sistemində düşüşdə idilər.