Kim daha tez aşiq olur, qadın yoxsa kişi?


Digərləri 17 İyn 2019 21:40:00 282 0

Kim daha tez aşiq olur, qadın yoxsa kişi?

Axmaq adam tələsir. Sosioloqların fikrincə, kişilər də tələsir. Bəs səbəb nədir?

"Mən səni sevirəm"

Belə bir dözülməz ümumi qənaət var ki, qadınlar bu üç sözdən ibarət klassik bəyanatı vermək, "bizim axırımız necə olacaq", "biz indi nəyik" kimi sualların cavabını dərhal bilmək üçün sinov gedirlər. Amma tədqiqatlar başqa şeyi göstərir: heteroseksual kişilər qadın partnyorlarından fərqli olaraq, aşiq olmaq, yaxud aşiq olduqlarını zənn etmək üçün daha çox tələsirlər.

Son.az bilge.az-a istinadən bildirir ki, 172 tələbə arasında anoloji sorğu keçirilib. Araşdırmada bildirilir ki, kişilər qadınlardan daha tez vurulur və bunu daha tez ifadə edirlər: "Cəmiyyətin güman etdiyinin əksinə, bu nəticələr qadınların "sevgi üçün böyük axmaqlıq etdikləri" qənaətini dəyişdirə bilər".

Tədqiqatın həmmüəliflərindən biri psixoloq Marissa Harrison bu tapıntının tələbələrin əvvəlcədən güman etdikləri anlayışlarla ziddiyət təşkil etdiyini deyib: "Qadınların daha çox, bəzən həddindən artıq emosional, yaxud tələskən olduqları güman edilib. Bizim tədqiqat zamanı da həm kişilər, həm qadınlar qadınların kişilərdən daha tez aşiq olduqlarını və "mən səni sevirəm" deməyə daha çox tələsdiklərini güman edirdilər".

Londonda fəaliyyət göstərən psixoloq Neil Lamont düşünür ki, insanlar bir qayda olaraq kişiləri praqmatik və öhdəlikdən yayınan kimi görürlər. "[Amma] mənalı münasibət qadınlar üçün olduğu qədər kişilər üçün də vacibdir. Sosial və mədəni normalar kişilərə daha güclü və möhkəm olmağı diqtə edə bilər, reallıqda isə kişilər üçün də yaxşı həyat özündə bir qayda olaraq dərin, mənalı sevgi münasibətlərini ehtiva edir".

"Kişi partnyor tapmaq üçün daha həvəslidir, amma yoldan çıxmağa da meyillidir"

Onların nəyə görə daha tez vurulduqları sualına cavab verərkən, Marissa qadınların təkamül baxımından anlaşılan səbəblərdən dolayı daha ehtiyatlı davrandıqlarını deyir. "Məncə, qadınlar kişilərlə müqayisədə sevgini bilaixtiyar təxirə salırlar. Qadın əgər uyğunsuz adamla münasibət qursa, reproduktiv baxımından daha çox şey itirə bilər. Qadın bəlli miqdardakı yumurtalıqlarla doğulur, kişi isə əksinə, gündəlik olaraq saysız sayda sperma istehsal edə bilər".

"Əgər qadın uşağa diqqət etməyən layiqsiz partnyor tərəfindən hamilə qalarsa, bu, ona çox baha başa gələ bilər".

London Tibb Mərkəzinin psixoloqu İngrid Kollins erkək davranışının heyvan cəmiyyətində də rol oynayan təbii aspektlərə yaxın olduğunu deyir: "Erkək əksər vaxt ovçudur və dərhal təhrik olunmağa daha çox meyillidir. Qadın isə uzunmüddətli stabilliyə daha çox köklənib, çünki bu uşaq böyütmək üçün daha məqbuldur".

Araşdırmaçı Neil deyir ki, tez "aşiq olmaq" ərazi iddiasi metodu da ola bilər. "Erkəklərdən ötrü bu istək əlaqəni bacardığın qədər tez qurmağa və daha az təzyiqlə birinci "hüququ əldə etməyi" təmin edə bilər, qadınlar üçün isə bundan ötrü potensial baxımdan daha çox fiziki və emosional investisiya tələb olunur".