Çernobıldan əvvəl baş verən və SSRİnin 20 il məxfi saxladığı nüvə qəzası:


Digərləri 17 İyn 2019 21:15:00 243 0

Çernobıldan əvvəl baş verən və SSRİnin 20 il məxfi saxladığı nüvə qəzası:

1986-cı ildə Çernobıl atom elektrik stansiyasının 4 nömrəli reaktoru partlayanda, hər kəs dünya tarixində bundan böyük nüvə fəlakətinin olmadığını düşünürdü.

Lakin Çernobıldan əvvəl də birisi baş vermişdi: bu, Sovet ittifaqının 20 il sirr saxladığı Kiştim nüvə faciəsidir.

Son.az bilge.az-a istinadən bildirir ki, 1957-ci ilin sentyabrında, Ural Dağlarındakı Kiştim bölgəsi yaxınlığında gizli saxlanılan Mayak nüvə yanacağı stansiyasında partlayış baş verdi və nəhəng radioaktiv bulud yüzlərlə kilometrəlik bölgəyə yayıldı.

Təxminən 250 min insana təsir edən partlayışdan sonra bəzi bölgələr təxliyyə edildi.

Nüvə stansiyasında işləyən onlarla işçi və ətrafdakı 200-dən artıq adam isə kəskin radiasiya sindromu səbəbindən həlak oldu.

Amma dünya illər boyu bu nüvə faciəsindən xəbərsiz qaldı.