Hitlerə suiqəsddə ittiham olunan rəssam Otto Diks


Digərləri 17 İyn 2019 20:40:00 260 0

Hitlerə suiqəsddə ittiham olunan rəssam Otto Diks

Nəyə görə "sarsılmış" rəssam Otto Diks Hitleri öldürmək üçün plan qurmaqda ittiham olundu?

Müharibənin içindəki vəhşəti ortaya çıxarmaq üçün müharibə fotoqraflarına və jurnalistlərə daha çox güvəndiyimiz halda, modern rəssamların və romançıların əsərləri fərqli bir dürüstlük sərgiləyir. Onların yaradıcıları heç bir müharibə görməsələr də, uydurma və xəyali səhnələr vasitəsiylə izləyənlərə və oxuyuculara münaqişə zonalarının həqiqətdə necə hiss olunduğunu çatdırırlar. Məsələn, Pablo Pikassonun heç vaxt bir əsgər olmadığına baxmayaraq, İspan vətəndaş müharibəsi dövründə baş verən qəmgin əhval-ruhiyyəni müəyyən etmiş və yenidən canlandıra bilmişdi. Onun 'Guernica' əsərinin ağ-qara tonlarındakı rəsmləri kədərli, məhv olmuş cisimlərin böyük ölçülü göstəriciləri ilə, 1937-ci ildəki xaos, qorxu və yaxınlaşan qiyamət halını ələ alır.

Əksinə, Alman rəssamı Otto Diks isə müharibənin mərkəzində, xəndəklərdə əsl təcrübəyə sahib olur. "Yaralı Adam" (1924) ve "Qaz Altındakı Şok Birlikləri" (1924) kimi əsərlərində, I. Dünya Müharibəsindəki Almaniya üçün döyüşməyin dəhşətini sərgiləyib. Ancaq Diks bu işləri 1920-ci illərdə yaratdığında, ölkəsi Faşist hakimiyyətinə və ll Dünya Müharibəsinə yaxınlaşarkən, özü siyasi mübarizəsinə daha yeni başlayırdı. Diksin inanılmaz tərcümeyi-halı və faşist çılpaqlığı ilə əlaqədar əhəmiyyətli əsərləri, Qərb sənətinin 20-ci əsrdə yayılmış şiddət və məhvetmədən bəhs edən ən bədbəxt təsvirlərini ortaya çıxardı.

DIE BARRIKADE, 1922