Səudiyyəli gənc edam edilməyəcək


Dünya 17 İyn 2019 20:23:00 254 0

Səudiyyəli gənc edam edilməyəcək

Ölüm hökmü ilə üzləşən səudiyyəli yeniyetmə şiələrin etiraz aksiyasında uşaq olarkən iştirak etdiyi üçün edam edilməyəcək.

2014- cü ildə 13 yaşı olarkən həbs edilən Murtaya Qüreyrisə qarşı ölüm əvəzinə həbsxanada qalma hökmü çıxarılıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bazar günü Səudiyyə Ərəbistanı məhkəməsi Qüreyrisə son 4 il sınaq müddəti də daxil edilməklə, 12 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb. Bu, onun 2022-ci ilə azad edilə biləcəyi deməkdir.

Səudiyyə Ərəbistanının rəsmisi terror şəbəkəsinə cəlb edildikdən sonra Qüreyrisin Molotov kokteylləri düzəltdiyini, polisə və əczaxanaya edilən bir sıra silahlı hücumlar zamanı onlardan da istifadə edildiyini deyib. İddia edilən bəzi cinayətlər zamanı Qüreyrisin 10 yaşı olub.