Qordon Marri McLaren F1 modelinin davamçısı haqqında danışıb VİDEO FOTO


Digərləri 17 İyn 2019 20:30:00 187 0

Qordon Marri McLaren F1 modelinin davamçısı haqqında danışıb  VİDEO  FOTO

Əfsanəvi McLaren F1 modelinin müəlliflərindən biri olan Qordon Marri tərəfindən əsası qoyulan Gordon Murray Automotive şirkəti pərəstiş obyektinə çevrilmiş superkarın davamçısı olacaq yeni superkarın texniki xarakteristikalarını açıqlayıb. T.50 modelini seriya avtomobillərində istifadə edilən ən yüksək dövrəli mühərrik, mexaniki ötürmələr qutusu və mütərəqqi aerodinamika ilə təchiz edəcəklər.

Son.az autograph.az-a istinadən bildirir ki, Gordon Murray Automotive yaratdığı avtomobili McLaren F1 modelinin "mənəvi  varisi" adlandırır. 980 kiloqramlıq çəkiyə və sürücüyə ünvanlanmış T.50 modelini, əllə hazırlanmış sendviç-panellərdən yığılan karbon monokokun ətrafında inşa edəcəklər. Avtomobilin kuzov panelləri karbondan hazırlanacaq. Ölçülərinə görə T.50 Porsche 911 modelindən bir qədər kiçik olacaqdır.

Bazada yerləşdiriləcək 3,9-litrlik V12 Gosworth-GMA mühərriki 12100 dövr/dəqiqəyə qədər sürətlənəcəkdir. Mühərrikin hasilatı 650 at qüvvəsi və 450 Nm təşkil etməlidir. Superkar Xtrac firması tərəfindən 6-pilləli mexaniki qutusu və yüksək sürtünmə differnsialı ilə təchiz olunacaqdır.

T.50 modelinin təchizatına fərdi layihəyə əsasən hazırlanmış əyləc mexanizmləri və aktiv aerodinamik kompleks daxil ediləcəkdir. Əyləc mexanizmləri monoblok supportlara və karbon-saxsı disklərinə malik olacaqdır. Superkar qraund-effekti dinamik şəkildə tənzimləyə biləcəkdir. Bunun üçün o, avtomobilin altındakı havanı çəkərək yerəbasma gücünü artırmağa xidmət edən və 400 millimetr diametrində hava yönləndiricisi olan ventilyatorla təchiz ediləcəkdir. Belə həll yolu keçən əsrin 70-ci illərində Brabham BT46B bolidində sınaqdan keçirilb.

Bu texnologiya hava yönləndiricilərindən, qanadlardan və başqa "dayaq" elementlərindən imtina etməyə və T.50 modelinin dizaynını "daha təmiz və cəlbedici etməyə" imkan verib.


Xəbərə aid fotolar