Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?


Digərləri 17 İyn 2019 19:29:00 325 0

Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?

ABŞ-da uşaq və gənclərə məktəbi bitirənə qədər riyaziyyat dərsi keçirlər. Ancaq New York-da incəsənət təhsili alan şagirdlər buna etiraz edirlər. Bəs, bu fənn əslində hansı yaşa qədər tədris olunmalıdır?

"Fame" adlı filmdə iştirak etmiş "LaGuardia" incəsənət məktəbinin şagirdləri həm akademik, həm də incəsənət baxımından həyata hazırlanmağı normal hesab edirlər.

Amma akademik yöndə irəliləmək istəməyən şagirdlər riyaziyyat fənninin məcburi tədrisinə qarşıdırlar. Bu, ölkədə ümumi polemika mövzusudur.

ABŞ-ın Princeton Universitetində uzun illərdir siyasət elmindən dərs deyən professor Andrew Hacker "New York Times" qəzetinə yazdığı məqalədə qeyd edib ki, bir dərs günündə 6 milyon lisey şagirdi və 2 milyon universitet tələbəsi cəbr öyrənməyə məcbur olur.

Hacker hesab edir ki, bu, "sadəcə axmaqlıq yox, həm də zalımlıqdır".

"Riyaziyyat mifi" adlı kitabında o yazır ki, insanların çoxu riyazi qabiliyyətlərə malik deyil.

"İnsanların təxminən 7%-inin anadangəlmə riyaziyyat bacarığı var, yerdə qalanlar üçün bu, amansız bir işgəncədir" Hacker belə deyir.

Cəbrə qarşı nifrət başqa nəticələrə də yol aça bilir.

ABŞ-da lisey şagirdlərinin 20%-i məktəbi diplom almadan tərk edir. Bunun ən böyük səbəbi həmin şagirdlərdə riyaziyyat qabiliyyətinin olmamasıdır.

Hacker deyir ki, universitetlərdə də vəziyyət belədir, cəbrdə çətinlik çəkdiyi üçün minlərcə tələbə təhsilini yarımçıq qoyur.

ABŞ-ın tədris proqramına riyaziyyatın yan qolları olan həndəsə və triqonometriyayla birlikdə iki illik məcburi cəbr dərsləri də daxildir.

Hacker həmçinin qeyd edir ki, Almaniya, İngiltərə və Fransa kimi Avropa ölkələrində 16 yaşdan etirbarən riyaziyyat sərbəst dərsdir və arzu etməyənlərin bu fənni öyrənmək məcburiyyəti yoxdur.

Üstəlik, ABŞ-dakı məcburiyyətin faydalı olmadığı da məlumdur. Beynəlxalq qiymətləndirmələrdə amerikalı şagirdlər dil və həyat bilgisində olduğu kimi, riyaziyyatda da orta səviyyə göstərirlər.

Riyaziyyata düşüncə tərzi olaraq baxmaq lazımdır

Ancaq hamı bu fikirdə deyil. Riyaziyyatdan faydalanmaq üçün riyazi qabiliyyətin vacib olmadığını deyənlər də var.

Kaliforniya Universitetində 22 yaşında riyaziyyat üzrə doktor olmuş Dimitri Shlyanhtenko problemin fəndə yox, öyrətmə tərzində olduğunu vurğulayır.