Yaxın gələcəkdə elm: zərrəcikdən böyük planetə doğru


Digərləri 17 İyn 2019 19:10:00 256 0

Yaxın gələcəkdə elm: zərrəcikdən böyük planetə doğru

Fərz edək ki, 30 il əvvə qayıtdıq. Dünya tamamilə başqa yerdir. Burada bilinən yeganə planetlər Günəş sistemi planetləridir. İnsanların qaranlıq enerji ilə bağlı anlayışları yoxdur. Kosmik teleskoplar elmi-fantastik ideyadan artığı deyil. Qravitasiya dalğaları təsdiqini tapmamış quru nəzəriyyədir. Kvarklar və leptonlar kəşf olunmayıb, Hiqqs bozonununsa mövcudluğu heç kəsə bəlli deyil. Heç kainatın sürətli genişlənməsinin səbəbi də bilinmir. O vaxtdan 2018-ci ilə qədər nə dərəcədə sürətli inkişaf yolu keçdiyimizi başa düşə bilirsiniz? Elə isə bundan sonrası necə olacaq? Yaxın gələcəkdə elm nələrə nail olacaq?

Alimlərin növbəti hədəfləri: gələcəkdə elm Son.az yasilelm.com-a istinadən bildirir ki, elmi inqilab üçün bütün dünya səy göstərməli olub. Teleskoplar, rəsədxanalar, hissəcik sürətləndiriciləri, neytrin detektorları və qravitasiya dalğaları təcrübələri Yerdə olduğu kimi, kosmosda da aparılır. Cənub qütbündə yerləşən "IceCube", kosmosa buraxılmış "Hubble", "Herschel" və "Kepler", qravitasiya dalğalarını tədqiq edən LIGO və VIRGO, CERN və Böyük Adron Kollayderi - bütün bu əhəmiyyətli kəşflər minlərlə alim, mühəndis və tələbənin birgə əməyi sayəsində ortaya çıxıb. Bəşəriyyətin nə dərəcədə irəliyə addımlamış olduğunu anlamaq lazımdır: son nəsl olan bizlər kainatı indi daha yaxşı anlayırıq, halbuki Nyuton dövrünün sıravi insanları alimlərin dediyini dərk etməkdə çətinlik çəkirdi.

Böyük Adron Kollayderi (BAK/BHC)

Hissəciklər fizikası     Son bir neçə ildə alimlər Hiqqs bozonu, neytrinin ağırlığı və T-simmetriya pozulmasını aşkar ediblər. BAK və CERN yüksək enerjilərdə məlumatlar əldə edərək, işlər aparmağa davam edir. IceCube və Pyer Oje adına rəsədxanada yüksək energetikliyə malik kosmik neytrinlər araşdırılır. Yaxın gələcəkdə hazır olacaq Gen 2 və ANTARES kimi rəsədxanalar köməyilə isə məlumat əldə olunması gələcəkdə elm müsəvisində gedən bu prosesi on qat sürətləndiriləcək və yekunda gələcəkdə elm ifrat yeni ulduzlardan və ya neytron ulduzların qovuşmasından kosmosa yayılan neytrinlər tapacaq.

"IceCube" neytrin rəsədxanası

Bu təcrübələrin əhəmiyyətini lazımınca dəyərləndirməliyik. BAK qurğusu ümumi iş prosesində toplamalı olduğu məlumatın cəmi 2%-ni əldə edə bilib. Bununla yanaşı yaxın gələcəkdə Beynəlxalq xətt kollayderi, yeni nəsil proton kollayderi, hətta lazımi texnologiyalar ərsəyə gətirilsə relyativist myuon kollayderi belə inşa edilə bilər ki, bütün bu texnikaların köməyilə fundamental hissəciklər fizikası sahəsində yeni mərhələyə qədəm qoymuş olarıq. Yəqin ki, necə maraqlı bir dövrdə yaşadığımızın fərqindəyik.

Qravitasiya dalğaları     On illərin çətin əməyinin bəhrəsi olaraq astronomiyada yeni qravitasiya dalğası erası başlayıb. Hazırki vaxtda LIGO və VIRGO rəsədxanaları ümümilikdə beş qara dəlik toqquşması və bir neyton ulduz qovuşması faktını qeyd almağa nail olublar. Alimlər bir sıra texniki əvəzləmələrdən sonra isə daha çox sayda faktın qeydə alınacağına söz verirlər. Bu o deməkdir ki, cihazlar növbəti dəfə işə salındıqda daha zəif və uzaq siqnallar ələ keçirilmiş olacaq. Növbəti illərdə Hindistanda KAGRA və LIGO kimi detektorlar işə başlayacaq. Gələcəkdə elm sahəsində baş tutacaq bu kimi bir çox yenilik sayəsində ifrat yeni ulduzların qravitasiya dalğaları, pulsarların sayrışması, ikili ulduzların toqquşması və hətta qara dəliklərin neytron ulduzları "canına çəkməsi" kimi çoxsaylı hadisələrin baş verdiyinin şahidi olacağıq.

VIRGO interferometrinin detektoru

Lakin qravitasiya dalğalarının axtarışı işi ilə təkcə LIGO məşğul deyil. 2030-cu illərdə fəaliyyətə başlayacaq LISA layihəsi də ağır qara dəliklərdə bu dalğaların tapılmasına, habelə aşağı tezliyi olan obyektlərdən yayılan dalğaların qeydə alınmasına köməklik edəcək. LIGO-dan fərqli olaraq, LISA-nın siqnalları bu tip kosmik qovuşmaların harada və nə vaxt baş verəcəyini proqnoz etmək və nəticədə optik teleskopları bu "əlamətdar" hadisələri qeydə almaq üçün müəyyən olunmuş istiqamətlərə çevirmək üstünlüyü qazandırır. Beləliklə də astrofizika daxilində başqa bir bütöv sahə yaranmış olacaq.