İranın uran istehsalı dörd dəfə artıb


Digərləri 17 İyn 2019 17:58:38 257 0

İranın uran istehsalı dörd dəfə artıb

İranın uran istehsalı 300 kiloqramı keçəcək.

Bakı. Elnur Bağışov - İranın uran istehsalı 300 kiloqramı keçəcək. Trend-in məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi Ərak Ağır Su Kompleksində jurnalistlərə verdiyi açıqlamada deyib. B.Kamalvəndinin sözlərinə görə, uran istehsalının 300 kiloqramdan keçməsi üçün geri sayım başlayıb: “Bu gündən 10 gün müddətinə (27 iyunadək) İranın uran istehsalı 300 kiloqramı keçəcək. Dövlət tərəfindən elan olunan kimi, zənginləşdirmə daha sürətlə davam etdiriləcək. İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatına əsasən 1-ci mərhələdə iki addım yerinə yetirilməkdədir”. Təşkilat rəsmisi bildirib ki, növbəti mərhələ (uranın 3,7% ölçüsündə zənginləşdirilməsi) 1-2 gün ərzində icra olunacaq: “Avropa ölkələri üçün Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq önəmlidirsə, onlar öz səylərini göstərməlidirlər və İranın addımları tamamilə bu plan çərçivəsindədir”.