"Məni filmə çəkib, ev alacaq"


Şou-biznes 17 İyn 2019 17:06:00 260 0

"Məni filmə çəkib, ev alacaq"

Müğənni Xatun Əliyeva "Səhər-səhər" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi prodüseri Pənah Hüseynin onu filmə çəkəcəyini və ev alacağını deyib.

Aparıcı Elgiz Əkbər isə "Sizin nə münasibətiniz var ki, ev alsın? Hansı prodüser müğənniyə ev alar" sualını ünvanlayıb. Xatun "Niyə? Madonnaya görün prodüseri nələr edir" sözlərini deyib.

Elgizin "Sən Madonnasan" sözünə müğənni "Bəli, mən Madonnayam" cavabını verib.