Oman körfəzində neft tankerlərinə hücum:


Dünya 17 İyn 2019 16:54:00 215 0

Oman körfəzində neft tankerlərinə hücum:

ABŞ prezidenti Donald Tramp və onun müşavirləri İranın Oman körfəzində iki neft tankerinə hücum etməsinə cavab olaraq Yaxın Şərq regionuna əlavə qüvvələr göndərməyi müzakirə edir. 

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda CNN-ə ABŞ administrasiyasındakı mənbələr bildiriblər. Konkret olaraq regiona "Petriot" zenit-raket komplekslərinin əlavə batareyalarının göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo İranın tankerlərə hücumuna cavab olaraq bu ölkəyə qarşı hərbi cavab variantlarının nəzərdən keçirildiyini açıqlamışdı. 

Oman körfəzində neft tankerlərinə hücum iyunun 13-də baş verib. Norveçə aid olan iki tanker torpedo ilə vurulub, nəticədə hər iki gəmi zədələnib. Tankerlərdən birində güclü yanğın başlayıb. Hücuma görə ABŞ və Böyük Britaniya İranı ittiham edir. Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bəyan edib ki, hücumu həyata keçirən İnqilab Keşikçkiləri Korpusudur.

ABŞ KİV-ləri isə bildirir ki, İran qüvvələri tankerlərə hücumdan əvvəl Oman körfəzi üzərində uçuşlar həyata keçirən ABŞ pilotsuz kəşfiyyat təyyarəsinə də hücum edib. Məlumata görə İran Hava Hücumundan Müdafiə qüvvələri MQ-9 pilotsuz təyyarəsinə raket atıb, amma raket hədəfə dəyməyib və havada partlayıb. 

Raketin buraxılmasından əvvəl isə pilotsuz təyyarəs İran gəmilərinin neft tankerlərinə yaxınlaşmasını qeydə alıbmış. Hərçənd İran qüvvələrinin tankerlərə hücum anına dair vidogörüntülər yoxdur.