Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində saxlanılıb (FOTO)


Digərləri 17 İyn 2019 12:38:00 207 0

Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində saxlanılıb (FOTO)

Gecə saat 04:21 radələrində həmin ünvanda yerləşən obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Bakı. Gecə saat 04:21 radələrində həmin ünvanda yerləşən obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisəyə Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən vaxtında çevik reaksiya göstərilib. Cəmi 1 dəqisə ərzində hadisə yerinə yaxınlaşan polislər aptekin qapısının sındırıldığını və bir nəfərin içəridə olduğunu görüblər. Həmin şəxs oğurluq etmək istəyən yerdə saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib.