Sabirabadda manyak peyda olub FOTO


Digərləri 17 İyn 2019 10:52:00 236 0

Sabirabadda manyak peyda olub  FOTO

Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.

Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22:23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.

Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.


Xəbərə aid fotolar