Hindistanda həkimlər tətilə çıxdılar


Dünya 17 İyn 2019 10:30:00 208 0

Hindistanda həkimlər tətilə çıxdılar

Hinditsanın Tibb Assosiasiyası (IMA) bu gün ölkədə 24 saatlıq tətil elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tətil edənlərin tələbi tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsidir.

Məlumata görə, tətilə ayrı-ayrı ştatlardan tibb heyəti qoşulub, yalnız Maxaraştra ştatında tətilə qoşulanların sayının 4,5 min nəfər olduğu bildirilir.

Tətil təşkil edənlər bu gün ölkədə yalnız təcili tibbi yardıma ehtiyacı olanalar üçün xidmət göstəriləcəyini bildiriblər, xəstəxanalarda isə ümumilikdə iş dayandırılıb.