Çimərliklərdə dəniz suyunun temperaturu 21-24° isti olacaq


Digərləri 17 İyn 2019 09:20:00 160 0

Çimərliklərdə dəniz suyunun temperaturu 21-24° isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb.

Bakı. Bu gün Azərbaycanda 38 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Bakıda 32-34° isti təşkil edəcək. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.