İki nəhəng iCloud Drive üçün birləşib


Digərləri 17 İyn 2019 08:45:00 207 0

İki nəhəng iCloud Drive üçün birləşib

"Apple" və "Microsoft" şirkətləri bir sıra uyğunluq problemlərini həll edəcək "iCloud Drive" interfeysinin yaradılması üçün səylərini birləşdirib. Birləşmə mütəxəssislər tərəfindən "Microsoft" şirkətinin "Windows 10" əməliyyat sistemi ilə uyğunluq təşkil edən "Apple" məhsullarının olmamasına görə müsbət qarşılanıb.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni əlavə fərdi kompüter və ya smartfondan fotoşəkil, video, poçt və "iCloud" hesabı daxilində saxlanılan digər fayllara çıxışa imkan verəcək.

Bildirilir ki, əvvəllər istifadəçilər zəif sinxronlaşdırma sürəti və digər problemlərlə üzləşiblər.

"Windows 10" əməliyyat sistemi üçün "iCloud Drive" interfeysi artıq "Microsoft Store" əlavələr mağazasında yerləşdirilib.