Nigeriyada silahlı hücumlar nəticəsində 34 nəfər həlak olub


Dünya 17 İyn 2019 08:13:00 198 0

Nigeriyada silahlı hücumlar nəticəsində 34 nəfər həlak olub

Nigeriyanın şimal-qərbində yerləşən kəndlərə naməlum silahlı qruplaşmanın hücumları nəticəsində ən azı 34 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, həmin hücumlar iyunun 15-dən 16-a keçən gecədə baş verib, lakin bu barədə hələ indilərdə məlumat yayılıb.

Qeyd edilir ki, yerli sakinlər heç bir müqavimət göstərə bilməyib.