Zerrin Özer 61 yaşında ərə getdi
Şou-biznes 17 İyn 2019 08:18:00 237 0
Türkiyənin məşhur müğənnisi Zerrin Özer üçüncü dəfə ərə gedib.
Son.az oxu.az-a istinadən bildirir ki, 61 yaşlı sənətçi özündən yaşca kiçik sevgilisi Muradla nikah masasına oturub.
Qeyd edək ki, ötən aylarda Z.Özer maqazin proqramlarından birində səmimi etirafı ilə gündəmə damğa vurmuşdu:
"Çox yaxında yaxşı xəbərlər eşidəcəksiniz. Evlilik təklifi almışam. Uzun zamandır bir nəfərlə münasibətim var. Heç vaxt bərabər görüntümüz olmayıb. Sevgilim şou-biznes aləmindən deyil. O mənə uşaq kimi qayğı göstərir. Həyat yolumun yoldaşıdır. Ona bir könüldən min könülə aşiq olmuşam".
Mənbə: milli.az