Bodrumda eniş zamanı təyyarənin şassisi partladı


Dünya 17 İyn 2019 08:08:00 192 0

Bodrumda eniş zamanı təyyarənin şassisi partladı

Türkiyənin Milas-Bodrum hava limanında yerli vaxtla saat 18:00-da eniş edən təyyarənin şassisi partlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, qəza nəticəsində təyyarə enmə zolağından çıxıb. Hadisə ilə bağlı aeroportda müvəqqəti olaraq təyyarələrin uçuşu dayandırılıb.

İnsident nəticəsində xəsarət alan olmayıb. Təyyarənin özəl şirkətlərdən birinə məxsus olduğu bildirilir.