Silahlılar Suriyada Hələbi və iki vilayəti atəşə tutublar


Digərləri 17 İyn 2019 00:30:00 191 0

Silahlılar Suriyada Hələbi və iki vilayəti atəşə tutublar

Suriyanın Latakiya və Həma vilayətlərində, eləcə də Hələb şəhərində qanunsuz silahlı birləşmələr tərəfindən atəşkəsin pozulması qeydə alınıb

Bakı. Suriyanın Latakiya və Həma vilayətlərində, eləcə də Hələb şəhərində qanunsuz silahlı birləşmələr tərəfindən atəşkəsin pozulması qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib. A.Bakin qeyd edib: "Ötən sutka ərzində silahlılar Latakiya vilayəyinin Nəxşebba, Kesab, Ardaş-Dağ, Kinsibba, Rüəysət-İsgəndər, Roys-Üsleyman, Ayn-Əl-Əşra və Röysət-Ruşu yaşayış məntəqələrini və Həma vilayətinin Karkad yaşayış məntəqəsini atəşə tutublar".