Gəlinlik dəbində yeni ERA FOTO


Digərləri 16 İyn 2019 23:55:00 277 0

Gəlinlik dəbində yeni ERA  FOTO

Minimalist üslubun təbliğatçısı rolunda çıxış edən dünya şöhrətli dizayner Viktoriya Bekhem gəlinlik stilini dəyişmək niyyətindədir.

Son.az xəbər verir ki, məşhur futbolçunun xanımı toy müvsümü ərəfəsində "Victoria Beckham" brendinin gəlinlik xəttini buraxıb. Kolleksiyanın hazırlanmasında Viki sadəcə sadəliyi sevən gəlinləri nəzərə alıb. Bu kolleksiyada siz qabarıq ətəklər, zərli və bər-bəzəkli ənənəvi gəlinliklər görə bilmərsiniz, əvəzində isə ağ kostyumlar yer alıb.

Dəb ekspertləri bildirib ki, Viki bu addımı ilə gəlinlik dəbinə yeni nəfəs gətirmək niyyətindədir. 20 il sonra toy fotolarına baxdığınızı düşünün, belə bir obraz seçdiyiniz üçün heç bir halda heyifsilənməyəcəyiniz dəqiqdir. (publika.az)


Xəbərə aid fotolar