Göyçayda yanğın olub


Digərləri 16 İyn 2019 23:15:00 194 0

Göyçayda yanğın olub

Göyçay rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Potu kəndində "T-28" markalı traktorun taxtadan ibarət qoşqusu və içərisinə yığılan 1 ton ot bağlaması yanıb. Yüksək temperaturdan yaxınlıqda olan birmərtəbəli evin çardağı 4 m² sahədə qarsalanıb.

Traktor və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;