Həyatınızı nizama salan 3 DAOSİZM FƏLSƏFƏSİ


Digərləri 16 İyn 2019 22:44:00 258 0

Həyatınızı nizama salan 3 DAOSİZM FƏLSƏFƏSİ

Heç nə vaxtsa səhər həyatınıza nəzarəti itirdiyiniz düşüncəsi ilə yuxudan oyanmısınız? Yaxşı, yoxsa pis olduğunuzu belə müəyyən edə bilmirsiniz? Amma böyük bir bilinməzliyin sizi boşluğa doğru çəkdiyini hiss edirsiniz... Hər kəsin həyatında belə günlər baş verir və bu, tamamilə normaldır.

Amma dərk edirsiniz ki, bu vəziyyət çox davam edə bilməz, odur ki, onu dəyişdirməyə qərar verirsiniz. Bu isə artıq yolun yarısını qət etmək deməkdir. Geriyə sadəcə bu işi necə həll etmək qalır. Həyatın gözəlliyi və müsbət enerji ilə nəfəs alan hər bir insan içindəki cinlərlə daim mübarizə və münaqişədədir. Hər gün və hər birimiz öz yolumuz ilə. İstənilən halda bu yolda atılan həm böyük, həm də kiçik səylər alqışa layiqdir.

Şərq fəlsəfəsinin mahiyyəti ondan ibarətdir ki, həyat üzərində nəzarətin sirri hərəkət deyildir.

Son.az bu yazıda həyatınızı nizama salan 3 DAOSİZM FƏLSƏFƏSİ ilə tanış edir.

Əlbəttə ki, bu, qərb sizilizasiyasının "Əziyyətli iş həmişə mükafatlandırılmış olmalıdır" və "Sonsuz uğur arayışları" kimi açar konsepsiyasına uyğun gəlməyə bilər. Amma qədim Çin fəlsəfəsində hərəkətsizlik daosizmin əsas sütunlarından biridir. Buna U-vey və ya hərəkətsiz fəaliyyət deyilir.

Sözdə "hərəkətsizlik" adlandırılan bu yol əslində hərəkətə keçmək üçün güclü bir təkan verir. Və o, 3 mərhələdən ibarətdir: Güvən, qiymətləndirmə və yaşam.

Etibar edin

Yadda saxlayın ki, həyatınızda baş verən hər bir hadisə hər hansı səbəbdən dolayı baş verir. Odur ki, vəziyyəti qəbul edin və həyatın gedişatına etibar edin. Həyat bizdən daha müdrikdir.

Əgər kimsə ümidlərinizi doğrultmursa, mümkündür ki, bu sizə qətiyyən lazım deyildi.

Çətinliklərin sizi sındırmasına icazə verməyin, heç bir halda təslim olmayın. Yazılanı dəyişdirmək gücündə olmadığınızı qəbul etməyi öyrənin. Sakitcə.

Ağılınız hər cür mane olacaq, amma siz buna görə məyusluğa düşməməlisiniz. Və xüsusən nəfsinizə təslim olmamalısınız.

Öz intuisiyasınıza inanın, qalan məsələləri Kainat özü yerinə qoyacaq.

Baş verənlərə etibar edin, bu, çıxılmaz və çətin vəziyyətlərdə edə biləcəyiniz ən yaxşı yoldur.

Nə baş verməsindən asılı olmayaraq, üzünüzdə həmişə təbəssüm gizlənməlidir. Həyat mükəmməldir, bunu unutmayın.

Sahib olduqlarınızın dəyərini bilin

Həyatın gətirdiyi ən xırda sevincləri sezin və qiymətləndirin: təmiz səma, yağışdan sonra gələn ot qoxusu, quşların cəhcəhi və ya vaxtında gələn avtobus.

Sahib olduğunuz hər şey üçün minnətdarlıq edin və tezliklə görəcəksiniz ki, həyatdan şikayət etməyi dayandırmısınız.