Salah "Real" və "Yuventus"a keçməkdən imtina etdi


Digərləri 16 İyn 2019 17:57:47 234 0

Salah "Real" və "Yuventus"a keçməkdən imtina etdi

İngiltərənin "Liverpul" klubu misirli hücumçusu Məhəmməd Salahı Madridin "Real" və Turinin "Yuventus" klublarına satmaqdan imtina edib

Bakı. İngiltərənin "Liverpul" klubu misirli hücumçusu Məhəmməd Salahı Madridin "Real" və Turinin "Yuventus" klublarına satmaqdan imtina edib. Trend-in "Daily Mirror"a istinadən verdiyi məlumata görə, 27 yaşlı misirli hücumçu "Liverpul"da qalmaq qərarını qəbul edib və özü transferdən imtina edib. Qeyd edək ki, M.Salah 2018/2019 mövsümündə 52 oyunda iştirak edib, 27 qol vurub və 13 qolla nəticələnən pas verib.