Qubada avtomobil krana çırpıldı, sürücü öldü


Digərləri 16 İyn 2019 14:57:00 194 0

Qubada avtomobil krana çırpıldı, sürücü öldü

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Oxu.az-a istinadən bildirir ki, Quba rayon Nügədi kənd sakini, 27 yaşlı Şahbaba Hüseynov idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yol kənarındakı qaldırıcı krana çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son.az