Tramp tankerləri yandıranı "tapdı": "Siz də bilirsiniz!"


Dünya 16 İyn 2019 12:30:00 192 0

Tramp tankerləri yandıranı "tapdı": "Siz də bilirsiniz!"

ABŞ lideri Oman körfəzində baş verən insidentə görə İranı günahlandırıb. O, bu barədə "Fox News"a müsahibəsində deyib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Tramp hadisədən bir gün sonra ABŞ ordusu tərəfindən yayılmış videogörüntüləri əsas gətirərək deyib: "Bunu İran edib və siz də bilirsiniz ki, bunu onlar ediblər, çünki qayığı görmüsünüz".

Hadisə yerindən yayılan videogörüntülərdə iranlı hərbçilərin tankerlərin birindən partlamamış mina çıxardıqları iddia edilir.

ABŞ-ın fikrincə, yayılan bu görüntülər İran İslam İnqilabı Keşikçiləri Korpusunun Oman körfəzində "Front Altair" və "Kokuka Courageous" tankerlərinə edilmiş hücumlarda əlinin olmasını sübut edir.