Bakı Şarm əl Şeyx Bakı birbaşa çarter reysi açılıb


Digərləri 15 İyn 2019 21:21:00 290 0

Bakı  Şarm əl  Şeyx  Bakı birbaşa çarter reysi açılıb

Bakı - Şarm əl - Şeyx - Bakı birbaşa çarter reysi açılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında Misirin turizm naziri Raniya əl-Maşat bildirib.

Onun sözlərinə görə, bu reys müntəzəm xarakter daşıyır və cari ilin 18-dən etibarən hər cümə axşamı həyata keçiriləcək.

Bakı ilə Şarm əl-Şeyx arasında birbaşa uçuşların açılması Azərbaycanla Misir arasında səyahət müddətini əhəmiyyətli dərəcədə azalda və bütün narahatlıqları aradan qaldıra bilər.

Beləki, uçuş vaxtı cəmi 3 saat təşkil edir. Reys "SCAT Airlines" şirkəti tərəfindən açılıb və rahat Boeing 757-200 təyyarələr vasitəsilə həyat keçiriləcək.