Sudanın sabiq prezidenti məhkəmə qarşısına çıxacaq


Dünya 15 İyn 2019 21:22:00 222 0

Sudanın sabiq prezidenti məhkəmə qarşısına çıxacaq

Sudanın keçmiş prezidenti Ömər Əl-Bəşir bir həftə sonra məhkəmə qarşısına çıxacaq.

Son.az Trend-ə istinadən bildirir ki, həmin vaxt ərzində sabiq prezidentin apelyasiya müddəti başa çatır.

Qeyd edək ki, Sudan Baş Prokurorluğu bildirib ki, devrilmiş prezident Ömər əl-Bəşirə qarşı cinayət işi üzrə bütün istintaq tədbirləri başa çatıb.

Xatırladaq ki, sabir prezident korrupsiyada ittiham olunub.