“Faytonçu” Nazim: Kişi bir dəfə evlənər, boşanmaz


Şou-biznes 15 İyn 2019 20:44:00 251 0

“Faytonçu” Nazim: Kişi bir dəfə evlənər, boşanmaz

Mənə görə, kişi seçimini bir dəfə edər, ölənə kimi bir qadınla yaşayar. Oğluma da deyirəm; seçimini elə et ki, sonra peşman olma.

Son.az bildirir ki, bu sözləri "Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyari ARB TV-də dilə gətirib.

Nazim boşanıb ikinci dəfə evlənən kişiləri qınayıb:

"Vay o kişinin halına ki, evlənib boşanır. Yorulmadın camaatın qızlarını bədbəxt etməkdən? Evlənməzdən əvvəl həyat yoldaşıma dedim ki, mən beləyəm. Ona görə də 30 ildir dözür. Dözməyən, müğənniyə ərə getməsin. Sənətçiyə mesaj da, zəng də gələr, şantaj da edilər. Ailəni işə qatmaq olmaz".