İmam ilə xəlifənin fərqi nədir?


Digərləri 15 İyn 2019 20:20:00 231 0

İmam ilə xəlifənin fərqi nədir?

"İmamət" sözünün lüğətdəki mənası "rəhbərlik"dir. O kəsə imam deyərlər ki, bir dəstə insanın diqqət mərkəzində olar. İnsanlar onun danışıq və rəftarının ardıcılı olarlar.

"Xəlifə" sözünün lüğətdəki mənası isə "canişin" deməkdir. Yəni, o kəsdir ki, hansısa rəhbərdən sonra onun işini davam etdirər. Adətən İslam dinində Peyğəmbərin (s) rehlətindən sonra hökumət işlərinə yiyələnən şəxslərə xəlifə deyilirdi. Onları Rəsulallahın (s) xəlifəsi adlandırırdılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam mövzusuna gəldikdə isə, Quranda imam sözü iki mənada istifadə olunmuşdur. İmam haqq tərəfdarı da ola bilər, batil tərəfdarı da.

"Səbir etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün, Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik". ("Səcdə" 24).

"Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik". ("Qəsəs" 41).

İmam-camaata ona görə imam deyirlər ki, namazqılanlar ona iqtida edərlər. Namazın sözlərində və zikrlərində onun etdiklərini təkrar edərlər.

Bəzən imam bir məscidin imamı olur, bəzən bir şəhərin, bəzən də bir ölkənin və ümmətin.

Əhli-Beyt (ə) məktəbinin nəzərinə görə imam iki cür olur.

Biri Allah tərəfindən təyin edilən və Peyğəmbərin (s) nəslindən olan Məsum İmamdır (ə) ki, bütün müsəlmanlar üçün onun vilayətini qəbul etmək vacibdir.