Tehran məhkəməsi türk fəalın həbs və məhrumiyyət cəzasını qüvvədə saxlayıb


Dünya 15 İyn 2019 19:23:00 238 0

Tehran məhkəməsi türk fəalın həbs və məhrumiyyət cəzasını qüvvədə saxlayıb

Tehran vilayət məhkəməsi türk fəal Cəfər Rüstəmi-Radın apellyasiya şikayətini rədd edərək, daha əvvəl çıxarılan 6 ay həbs və ictimai-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzasını qüvvədə saxlayıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Cəfər Rüstəmi-Rad 6 ay həbs və əlavə olaraq naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzasına məkum edilib. Tehran İnqilab Məhkəməsi Rüstəmi-Radı keçən ilin dekabr ayında "İran İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti" göstərməkdə günahlandıraraq, 6 ay həbs və əlavə olaraq naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzasına məkum etmişdi.

Apellyasiya Məhkəməsi ilkin məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Cəfər Rüstəmi-Rad keçən ilin iyul ayında İran Azərbaycanında keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar nəzarət altına alınmışdı.