Qahirə hava limanında xəncərə görə Yəmən və Amerika vətəndaşı həbs edilib


Digərləri 15 İyn 2019 19:28:00 232 0

Qahirə hava limanında xəncərə görə Yəmən və Amerika vətəndaşı həbs edilib

Misir rəsmilərinin bildirdiyinə görə, Qahirə hava limanında Yəmən və Amerika vətəndaşı həbs edilib. O, ənənəvi Yəmən xəncəri daşıdığına görə saxlanılıb.

Gömrük rəsmiləri onun Yəmənin Aden şəhərindən Qahirəyə gəldiyini bildirib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, xəncər Qahirə hava limanında yoxlanışdan keçərkən onun yükündə aşkar edilib.

Rəsmilər cambiyyə kimi tanınan ornamental xəncələrin Misirə gətirilməsinin qeyri-qanuni olduğunu deyib.

Yəməndə kişilər bu xəncəri ənənəvi kostyumlarının bir hissəsi olaraq taxır.