Çin ilk dəfə dənizdən kosmosa raket atdı


Digərləri 15 İyn 2019 19:15:00 225 0

Çin ilk dəfə dənizdən kosmosa raket atdı

Çin, dünya nəhəngi olmaq üçün atdığı addımlara bir yenisini əlavə etdi. Ölkə, kosmosa yeni bir raket atdı.

ABŞ və Rusiyadan sonra Çin də dənizdən kosmosa bir raket atdı. 'Long March 11' adlı raket ikisi araşdırma, beşi də ticarət məqsədli olmaqla ümumi 7 ədəd peyk daşıyır. Raket, bir gəmidən atıldı.

Son.az deyerler.org-a istinadən bildirir ki, verilən məlumatlara görə ABŞ və Rusiya, dənizdən kosmosa atdıqları raketlər üçün fərqli ölkələrlə əməkdaşlıq edib.

Çin, raketi atarkən istifadə etdiyi bütün texnologiyalara özü sahib olan ilk ölkə olmağı bacardı.

Elon Maskın kosmos və aviasiya şirkəti SpaceX də kosmosa göndərdiyi raketlərin eniş platformalarını okeana mövqeləndirir.