Türkiyəlini soyan azərbaycanlılara hökm oxundu


Dünya 15 İyn 2019 16:33:00 200 0

Türkiyəlini soyan azərbaycanlılara hökm oxundu

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşını qarət edən üç Azərbaycan vətəndaşına hökm oxunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı gx.net.ua saytı məlumat yayıb.

Məlum olub ki, 2017-ci il oktyabrın 27-dən 28-nə keçən gecə üç azərbaycanlı türkiyəlinin evinə qonaq gəlib. Qonaqlıqdan əvvəl azərbaycanlılardan biri pnevmatik tapança alıb.

Bakı sakinləri olan şəxslər zərəçəkmişə zor tətbiq edərək onun 7500 qrivna pulunu (təxminən 500 AZN - red.), mobil telefon, noutbuk və saatını götürüblər. Ümumilikdə, türkiyəliyə 23 min 200 qriven (təxminən 1500 AZN - red.) zərər dəyib.