“Hər bir peşədə biqeyrət olacaq” VİDEO


Şou-biznes 15 İyn 2019 16:11:00 253 0

“Hər bir peşədə biqeyrət olacaq”  VİDEO

ARB TV-nin "Show news" verilişinin növbəti müsahibi müğənni Nazim Pişyari (Faytonçu Nazim) olub:  Son.az xəbər verir ki, müğənni səs-küy yaradacaq iddialı açıqla verib: "Mən evlənmişəm, seçimi bir dəfə etmişəm. Vay o kişinin halına ki, evlənir-boşanır... Yorulmadız, xalxın qızlarını bədbəxt etməkdən? Kişi seçimini bir dəfə edər və ölənədək də bir qadınla yaşayar. Oğluma da deyirəm ki, seçimini elə et ki, bir dəfə olsun.

30 ildir ki, evliyəm. Müğənniyə gələn xanım da bilməlidir ki, kiminlə evlənir və ona zəng, mesaj gələ bilər, şantaj oluna bilər. Bunların hamısını həzm edə biləcəksinizsə, o zaman müğənni ilə ailə qurun. Ailəni işə qatmaq olmaz. Əgər kişi kişidirsə, hər bir peşədə özünü göstərəcək. Əgər biqeyrətdirsə, hər bir peşədə biqeyrət olacaq".


Xəbərə aid foto