Ornella Muti həbs edildi 6 ay cəza


Dünya 15 İyn 2019 09:46:00 200 0

Ornella Muti həbs edildi  6 ay cəza

İtaliyalı aktrisa Ornella Muti 6 ay müddətinə həbs edilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktrisa 2010-cu ildə tibbi arayışı saxtalaşdırdığı üçün cəzalandırılıb.

Amma aktrisa həbs cəzasından yayına bilib. O, həbsxanada yatmaq əvəzinə 6 ay sosial müəssisələrdə işləyə bilər. Bu barədə vəkil Maksim Nelin məlumat verib.

İnsident 2010-cu ildə baş verib. Ornella tamaşada iştirak etməli olsa da, xəstə olduğunu deyib. Eyni gündə o, Rusiyada Putinin iştirak etdiyi gecədə olub. Amma teatra xəstə olduğunu təsdiq edən tibbi arayış verib.