Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"


Şou-biznes 15 İyn 2019 09:35:00 206 0

Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"

Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub ünvanlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, "Facebook" səhifəsində yazdığı məktubda aparıcıdan üzr istəməyəcəyini deyib.

"Xoşqədəm, bir əsr də Allah sənə ömür versə, İnşallah olsun (ancaq əzabdır deyə sənə arzulamaram) hətta bir əsrdən də çox özünü məhkəmələrdə həlak edib, illərini, əsəblərini bu yolda qurban versən yenə sən məndən üzr gözləmə!!!

Millətin gözündə yalanlarla özünü məhv etmə - mənim tərəfimdən sənə qarşı bu sözlərin, bu addımın müəllifliyini sübut etmək iqtidarında olmadığın üçün xam xəyallarının əsiri olma!

Efir ata evi deyil. Çalışdığı məkanın sayəsində qazandığı İctimai nüfuzunu düşünən insan başqasının nüfuzuna əl uzatmaz! Özünü reallıqdan uzaq fantaziyana qurban etmə!

Mənim səni məhkəmələrə çəkmək haqqım səndən çox öncə (təxribatyönlü Pərvanə söhbətində ) başlaya bilərdi. Hə, özəlliklə tövsiyyə edirəm ki, əxlaqına bələd olmadığın insanları namus xonçasında efirə çıxarıb müdafiə etmə. Bakıda hamı hamını yaxşı tanıyır. Sənət adamları ilə də özünü əbəs yerə yaman etmə. Mən bu hadisəni (qondarma Pərvanə hadısəsini) sənə Şamxal müəllimin xətrinə keçdim və peşiman da deyiləm. Kiminsə gücünə qanunları qurban verib rüsvay etmə bu respublikanı!