Shazam artıq qulaqlıqlarda səslənən mahnıları da təyin edə bilir


Digərləri 15 İyn 2019 08:35:00 271 0

Shazam artıq qulaqlıqlarda səslənən mahnıları da təyin edə bilir

Məşhur Shazam servisinin tərtibatçıları sözügedən tətbiqin Android versiyasına Pop-up Shazam adlı yeni funksiyanı əlavə ediblər. Həmin funksiya sayəsində istifadəçi kənar tətbiqlərdən çıxmadan həmin tətbiqlərdəki və qulaqlıqlarda səslənən mahnını təyin edə bilər. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, sözügedən yeni funksiya həm naqilli qulaqlıqlarda həm də nailqisz qulaqlıqlarda çalışır. Daha əvvəllər məsələn YouTube-da səslənən məhnını tapmaq üçün ya qulaqlığı smartfondan çıxarmaq lazım idi ya da qulaqlığı smartfon mikrofonuna yaxınlaşdırmaq lazım idi. Bu yeni funksiyanın aktiv olduğu zaman smartfon ekranının yuxarı hissəsində xüsusi bildiriş əks olunur. Həmin bildirişə klik edən zaman isə Shazam işarəsi ortaya çıxır. Həmin işarəyə klik edəndə tətbiq səslənən musiqini axtarmağa başlayır.