Kompüter alqoritmi kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıracaq


Digərləri 15 İyn 2019 07:31:00 250 0

Kompüter alqoritmi kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıracaq

Londonun Kraliça Mariya Universitetinin alimlər qrupu bu və ya digər kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıran xüsusi alqoritm yaradıblar.

Son.az ICTnews-a istinadən bildirir ki, kompüterin aktrisa və aktyorlarla bağlı nəticələr çıxara bilməsi üçün tədqiqatçılar tərəfindən neyroşəbəkəyə kino sənayesinin 2,5 milyon işçisinin profili yüklənilib. Alqoritm məhz onun əsasında kino ulduzlarının uğurunun analizini aparıb.

Bundan başqa, kompüter kino ulduzlarının fəaliyyəti haqqında bir sıra maraqlı faktlar aşkarlayıb. Məsələn, onlardan biri aktyorların yeni layihə axtarışında olduğu məqama aiddir.

Məlum olub ki, həyatın bu anlarını aktrisalar kişi həmkarlarından daha çətin keçirirlər. Kişilər uzunmüddətli fəaliyyətsizlikdən tez özünə gələrək işi davam etdirdikləri halda kino sənayesinin qadın nümayəndələri ideal rol axtarışını davam etdirərək çoxlu vaxt itirirlər.