Kolumbiyada yaşayış evinin divarı uçub, ölənlər və yaralananlar var


Dünya 15 İyn 2019 07:15:00 260 0

Kolumbiyada yaşayış evinin divarı uçub, ölənlər və yaralananlar var

Kolumbiyanın Boqota şəhərində yaşayış evinin divarı uçub.

Son.az Trend-ə istinadən bildirir ki, təmir işlərinin aparıldığı evin divarın müəyyən edilməyən səbəblərə görə uçub.

Bildirilir ki, evin yaxınlığında keçən iki nəfər divarın altında qalaraq həlak olub, 4 nəfər isə yaralanıb.

Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb, hadisə yerində xilasedicilər işləyir.