Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir


Digərləri 15 İyn 2019 00:01:00 73 0

Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir

Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir.

Bakı. Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir. Trend-in məlumatına görə, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət pisləşdi və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, erməni təcavüzü isə gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yarandı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci il mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin ağır günlərində xalqın təkidli dəvətini qəbul edən Azərbaycanın görkəmli oğlu Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Ümummilli lider Heydər Əliyev çox az bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Rusiyalı çempion ABŞda güllələndi like
  • 14 İyn 23:52  
Dünya Rusiyalı çempion ABŞda güllələndi

Snoubord üzrə Rusiya çempionu Dmitrey Kolstsov Los-Ancelesdə qətlə yetiril

arrow Ətraflı
BU QİDALARA DİQQƏT!  Soyuducuda saxlayanda zəhərə çevrilir like
  • 14 İyn 23:48  
Digərləri BU QİDALARA DİQQƏT! Soyuducuda saxlayanda zəhərə çevrilir

Qidaların daha uzun müddət saxlamaq üçün soyuducadan istifadə edirik. Lak

arrow Ətraflı
Ana ilə qızının intiharının TƏFƏRRÜATI like
  • 14 İyn 23:43  
Digərləri Ana ilə qızının intiharının TƏFƏRRÜATI

Bu gün Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində ana v

arrow Ətraflı
Azərbaycan nefti bahalaşdı like
  • 14 İyn 23:34  
Digərləri Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan nefti bahalaşdı like
  • 14 İyn 23:30  
Digərləri Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı