Uşaq nəm salfetləri qida allergiyası törədə bilər


Digərləri 14 İyn 2019 23:21:00 231 0

Uşaq nəm salfetləri qida allergiyası törədə bilər

Amerika ekspertləri uşaq nəm salfetləri və uşaqlarda qida allergiyasının inkişaf riski arasında əlaqə aşkar ediblər. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu tədqiqat barədə "Good Housekeeping" nəşri yazıb.

Alimlər hesab edirlər ki, genetik meyilliliklə yanaşı, salfetlərin dəriyə təsiri allergiyanın səbəblərindən biridir.

Bu nəzəriyyəni yoxlamaq üçün ekspertlər yeni doğulmuş siçanlar üzərində tədqiqat aparıblar. Onlar bəzi genləri dəyişdirməklə, habelə onlara toz və uşaq nəm salfetlərinin tərkibinə daxil olan natrium lauril sulfatla təsir göstərməklə dəri baryeri disfunksiyası yaradıblar.

Bundan sonra siçanlara bəzi qida allergenləri, məsələn, yerfındığı veriblər. Yalnız salfetlərin imitasiyasının təsirindən sonra dərisi dəyişmiş siçanlarda reaksiya müşahidə olunub.