"Səhər acqarına su içməyin elmi əsası və faydası yoxdur, cəfəngiyyatdır" Həkimdən ŞOK


Digərləri 14 İyn 2019 22:53:00 262 0

"Səhər acqarına su içməyin elmi əsası və faydası yoxdur, cəfəngiyyatdır"  Həkimdən ŞOK

Artıq bir neçə ildir ki,gündəmdə olan, az qala sağlamlığın düsturu kimi tətbiq olunan səhər yuxudan oyanan kimi acqarına, boş mədəyə bir stəkan su, hətta bəzən limonlu su içməklə orqanizminə fayda verdiyini düşünənləri bu xəbərlə məyus edəcəyik.

İnternet resursunda yer alan, çox zaman hətta dietoloq, məşhur və həkimlərin tövsiyyə etdiyi bu metod əsassız imiş.

Son.az medicina.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında uroloq-androloq həkim Behnam Kazemi bildirib. O, fikrini elmi əsaslandırıb.

"Bu məsləhətin dünya tibbində, ədəbiyyatında heç bir mənbəyini tapa bilməzsiz. Hansı dünya alimi, həkimi bunu tövsiyyə edib, kim bu məsləhəti internetə salıb, yayıb, bilmirəm. Amma səhər acqarına su içməyin sağlamlığa heç bir faydası yoxdur, əksinə zərəri var. Bunu mən insan anatomiyası, həzm prosesini bilən bir həkim kimi deyirəm, bunu elm deyir.

Birincisi - təbiət mədəyə öz pH mühitini verib və onun öz qanunları var. Mədə şirəsi pH-ın səviyyəsini 4-5 arasında saxlayır. Siz hesab edin ki, səhər acqarına pH-ı sıfır olan suyu - amfoteri götürüb turşunun üzərinə tökürsüz. Turşu pH səviyyəsini daha da qaldırıb, qələvi mühitinə çatdıracaq. Təsəvvür edin, mədənin selikli qişası, bütün hüceyrələri, bütün fəaliyyəti pH üzərində qurulub. Bədən insan yatandan sonra mədədə səhərə kimi bu mühiti yaradır, saxlayır, amma insan durub bir stəkan su içməklə onu məhv edir. Bunun hansı tibbi faydası ola bilər?

Mədənin pH mühiti qələvi mühitə çevirəndə beyinə siqnal gedir ki, burda işləmək lazımdır, orqanizm təzədən  pH-ı endirməyə çalışıb, çoxlu turşu sintez edəcək. 

Acqarına su içmək normal mədə şirəsini durulaşdırır, qatılığını aparır. Buna görə mədə boş-boşuna çalışıb turşu hasil etməyə başlayır. Beləliklə, biz mədəni qəsdən səhv yola yönəldib çaşdırırıq. 

Boş mədə  çox miqdarda turşu hasil edəndə selikli qişa turşudan aşınır, zədələnir, iltihab yaranır.  Bundan sonra mədədə qastrit, xora, həzm pozğunluğu və böyük faciələrə yol açırsınız".

Bəs səhər oyanan kimi insanlar nə yesin, nə içsin ki,mədənin təbiətinə uyğun olsun və bütün bu kimyəvi prosesləri pozmasın? Həkim bunun üçün qədimdən dədə-babalarımızın səhər yeməyini misal çəkdi.

"8-9 saat yuxuda ac qalan insan oyanan kimi zülal tərkibli qidalar qəbul etməlidir. Bizim adətimizə görə, ən yaxşı seçim pendir, şor, kərə yağı, yumurtadır. Daha sonra yavaş-yavaş karbohidrata keçirik: lavaş, çörək. Ən gözəl karbohidrat şirin çaydır. Pendirdə tiramin maddəsi var, pendiri çox yedikdə mədəni qıcıqlandıracaq, onu qoz ləpəsi ilə yemək lazımdır ki, onu fosforlaşdırsın. Sonra az miqdar sitrus meyvəsi yemək olar. Belə qidalanmaq lazımdır, 2 fincan suyu ac mədəyə içmək yox.  Yağlı, qızarmış qidalar səhər olmaz: məsələn, qızarmış kolbasa, sosis məsləhət deyil".