Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid bomba tapılıb


Dünya 14 İyn 2019 22:58:00 250 0

Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid bomba tapılıb

Almaniyanın paytaxtı Berlinin mərkəzində İkinci dünya müharibəsinə aid 100 kiloqramlıq bomba aşkar edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Berlin şəhər polis idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Mitte rayonunda aşkar edilən İkinci dünya müharibəsinə aid bomba bu gün zərərsizləşdirilməlidir. Hazırda polis əməkdaşları lazımi hazırlıqla məşğuldurlar".