Avstriya paytaxtında "düşünən" işıqforlar quraşdırılacaq


Digərləri 14 İyn 2019 21:27:00 55 0

Avstriya paytaxtında "düşünən" işıqforlar quraşdırılacaq

Bu ilin payızından etibarən Avstriyanın paytaxtı Vyana şəhərində "düşünən" işıqforların tətbiqinə başlanılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kameralar və proqram təminatı ilə təchiz olunmuş işıqforlar yaxınlıqda hərəkət edən piyadaların rəftarını analiz edə biləcək. Kompüter proqramı səkkiz metrlik radiusda piyadaların hərəkət istiqaməti, sürəti və yeriş tərzi əsasında işıqforun fəaliyyətini müstəqil şəkildə tənzimləyəcək. Eyni zamanda, piyadaların hərəkətinin gur olduğu saatlarda işıqforlar müvafiq reaksiya verə biləcək. Bununla da avtomobil-piyada hərəkətinin daha yaxşı tənzimlənəcəyinə, sistemin yolu keçmək istəyən piyada olmadıqda avtomobillərin hərəkəti üçün daha çox vaxt ayıracağına, yekunda isə nəqliyyatın hərəkətinin təhlükəsizliyinin artacağına ümid edilir.

"Wien Leuchtet" (Vyana işıq saçır) şirkətinin təmsilçisi Harald Bekerti bildirib ki, yeni işıqforlar artıq bir neçə ildən bəridir Vyanada sınaqdan çıxarılır və sistem mütəmadi olaraq inkişaf etdirilir. İntellektual işıqfor sistemi Qrats Universitetinin bir qrup alimi tərəfindən hazırlanıb.

H. Bekerti deyib ki, hazırda sistemin yanlış reaksiya göstərməməsi üçün işlər görülür. Belə ki, işıqfora yaxınlaşan insanın yolu keçmək istəməsi və ya sadəcə olaraq onun yanı ilə hərəkət etməsi kompüter proqramı tərəfindən daha dəqiq analiz edilməlidir. Bununla da gələcəkdə müstəqil fəaliyyət göstərməli olan işıqforların nəqliyyatda xaos yaratma ehtimalı aradan qalxmalıdır.

Bakı metrosunda vaqonda like
  • 14 İyn 21:18  
Digərləri Bakı metrosunda vaqonda

Bakı metrosunda vaqonda problem yaranıb.

arrow Ətraflı
Yaponiyada işıqforlar yeni nəsil mobil rabıtə bazası kimi istifadə olunacaq like
  • 14 İyn 21:14  
Digərləri Yaponiyada işıqforlar yeni nəsil mobil rabıtə bazası kimi istifadə olunacaq

Yaponiya hökuməti ölkədəki təxminən 200 min yol işıqforundan beşinci n

arrow Ətraflı
Baykal sahilində yüzlərlə balıq və xərçəng ölü tapıldı like
  • 14 İyn 21:04  
Digərləri Baykal sahilində yüzlərlə balıq və xərçəng ölü tapıldı

Rusiyada Baykal gölünün sahilində yüzlərlə ölü balıq və xərçəng a

arrow Ətraflı
Baykal sahilində yüzlərlə balıq və xərçəng ölü tapıldı like
  • 14 İyn 21:00  
Digərləri Baykal sahilində yüzlərlə balıq və xərçəng ölü tapıldı

Rusiyada Baykal gölünün sahilində yüzlərlə ölü balıq və xərçəng a

arrow Ətraflı
Alen Delon xəstəxanaya yerləşdirildi like
  • 14 İyn 20:59  
Dünya Alen Delon xəstəxanaya yerləşdirildi

Məşhur fransız aktyor Alen Delon xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib like
  • 14 İyn 20:53  
Digərləri BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə

arrow Ətraflı
Bakıda təcili yardım maşını qəzaya düşdü: like
  • 14 İyn 20:52  
Digərləri Bakıda təcili yardım maşını qəzaya düşdü:

Bakıda təcili tibbi yardım avtomobili qəzaya düşüb.

arrow Ətraflı
Arvadı və qızı intihar edən şəxs qəzetdə işləmir like
  • 14 İyn 20:49  
Digərləri Arvadı və qızı intihar edən şəxs qəzetdə işləmir

"Respublika" qəzeti həyat yoldaşı və qızı intihar edən İsmay

arrow Ətraflı
İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi başa çatıb like
  • 14 İyn 20:41  
Digərləri İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi başa çatıb

Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloj

arrow Ətraflı