Arvadı və qızı intihar edən şəxs qəzetdə işləmir


Digərləri 14 İyn 2019 20:49:58 221 0

Arvadı və qızı intihar edən şəxs qəzetdə işləmir

"Respublika" qəzeti həyat yoldaşı və qızı intihar edən İsmayıl Allahverdiyevlə bağlı açıqlama verib.

Son.az bildirir ki, qəzetdən qafqazinfo-ya verilən məlumata görə, redaksiyada, ümumiyyətlə, İsmayıl Allahverdiyev adında əməkdaş olmayıb.

Qeyd edək ki, bu gün paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin  özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar ediblər. Ölən şəxslərin ailə başçısı İsmayıl Allahverdiyevin "Respublika" qəzetində baş redaktor müavini olduğu bildirilmişdi.