Bakıda 3 məzun dənizdə boğuldu FOTO


Digərləri 14 İyn 2019 20:00:00 283 0

Bakıda 3 məzun dənizdə boğuldu  FOTO

Buzovna çimərliyində üç nəfər dənizdə boğulub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər 11-ci sinif məzunları olublar.

Məzunlardan ikisi xilas edilib. Əraziyə cəlb olunan xilasedicilər digərinin axtarışını davam etdirirlər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Buzovnada çimərlikdə boğulma hadisəsi ilə bağlı çağırış olub:

"Hadisə yerinə təcili yardım briqadası cəlb edilib. İki nəfər sudan çıxarılıb. Onlara yerindəcə ilkin yardım edilib. Vəziyyətləri yaxşıdır. Bir nəfərin axtarışları davam edir".