KOBlar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb FOTO


Digərləri 14 İyn 2019 19:06:00 305 0

KOBlar kommunikasiya və informasiyanın idarə olunması mövzusunda məlumatlandırılıb  FOTO

Kiçik və orta biznes subyektləri üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq müxtəlif mövzularda maarifləndirici tədbirlər təşkil edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, KOBİA-nın təşkilatçılığı ilə növbəti belə təlim iyunun 14-də "Kommunikasiyanın və informasiyanın idarə olunması" mövzusunda keçirilib.

Təlimdə sahibkarlar, menecer və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar effektiv ünsiyyət, jest və mimikanın ünsiyyət prosesində rolu, işgüzar danışıqlar, görüş zamanı "30 saniyə qaydası" və s. barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Xəbərə aid fotolar