Çində körpü çökdü: avtomobillər çaya düşdü


Dünya 14 İyn 2019 18:21:00 242 0

Çində körpü çökdü: avtomobillər çaya düşdü

Çinin cənubundakı Quandun əyalətində körpünün çökməsi nəticəsində iki avtomobil çaya düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, körpünün çökməsinə leysan yağışlar səbəb olub.

Xilasedicilər bir nəfəri xilas edə bilib. Digər itkilər və ya zərərçəkənlər barədə məlumat verilməyib.